brnaev rezervasiyası
Yoxlanılmış evlər · Şəffaf qiymət · Ani bronDaxil ol

İstifadə şərtləri

Son yenilənmə: 20 oktyabr 2026

Bu şərtlər brona.az saytından və Brona mobil tətbiqlərindən istifadəyə aiddir. Saytdan istifadə edərək bu şərtləri qəbul etmiş olursunuz.

Brona nə edir

Brona Azərbaycanda günlük icarəyə verilən bağ evlərini, villaları və mənzilləri qonaqlarla birləşdirən platformadır. Evlər ev sahiblərinə aiddir; Brona elanı yerləşdirir, evi yoxlayır, rezervasiyanı və təmizliyi idarə edir.

Elanda göstərilən imkanlar komandamız tərəfindən yerində yoxlanılır. Təsdiqlənməyən imkan elanda yazılmır.

Hesab

Rezervasiya üçün ad, telefon nömrəsi və e-poçt ünvanı tələb olunur. Hesabı e-poçt və şifrə ilə, yaxud Google ilə yaratmaq olar.

Hesabın məlumatlarının düzgünlüyünə və şifrənin qorunmasına istifadəçi cavabdehdir. Hesabınızın icazəsiz işlədildiyini düşünürsünüzsə, info@brona.az ünvanına yazın.

Rezervasiya və ödəniş

Rezervasiya təsdiqlənənə qədər tarixlər müvəqqəti saxlanılır; bu müddət bitdikdən sonra tarixlər yenidən açılır.

Beh və yekun ödəniş elanda və rezervasiya səhifəsində göstərilir. Ödəniş ödəniş təminatçısı vasitəsilə aparılır — kart məlumatları Brona-nın serverində SAXLANILMIR, bizdə yalnız ödənişin məbləği, statusu və təminatçının əməliyyat nömrəsi qalır.

Ləğvetmə və geri qaytarılma şərtləri konkret evin səhifəsində göstərilir.

Qonağın öhdəlikləri

Evdən elanda razılaşdırılmış qonaq sayı ilə istifadə edilməlidir. Ev sahibinin və qonşuların hüquqlarına hörmət edilməli, evə və əşyalara ziyan vurulmamalıdır.

Vurulan ziyan üçün qonaq cavabdehdir; ziyan şəkillərlə sənədləşdirilir.

Məzmun və əqli mülkiyyət

Elanlardakı şəkillər və mətnlər Brona-ya aiddir. İcazəsiz köçürmək və başqa platformalarda işlətmək olmaz.

Brona öz sosial şəbəkə hesablarında (o cümlədən TikTok və Instagram) elandakı evlərin videolarını yayımlaya bilər. Bu videolar yalnız Brona-nın öz hesablarına yerləşdirilir.

Məsuliyyətin həddi

Brona evin vəziyyətini yoxlayır, lakin ev sahibinin və üçüncü tərəflərin hərəkətlərinə görə məsuliyyət daşımır.

Texniki nasazlıq, internet kəsilməsi və ya fors-major hallarında xidmətin müvəqqəti dayanması mümkündür.

Dəyişikliklər və əlaqə

Bu şərtlər dəyişdirilə bilər; yenilənmə tarixi səhifənin yuxarısında göstərilir.

Suallar üçün: info@brona.az

Məxfilik siyasəti →
brona

Bron elə, dincəl.

PlatformaEvlərHesabım
Dəstəkinfo@brona.az+994 12 000 00 00
Hüquqiİstifadə şərtləriMəxfilik siyasəti
© 2026 Brona · brona.az · Bütün evlər vahid standartla yoxlanılır