Məxfilik siyasəti
Son yenilənmə: 20 oktyabr 2026
Bu sənəd brona.az saytının və Brona tətbiqlərinin hansı məlumatı topladığını, nə üçün işlətdiyini və nə qədər saxladığını izah edir.
Hansı məlumatı toplayırıq
Hesab və rezervasiya: ad, soyad, telefon nömrəsi, e-poçt ünvanı, dil seçimi.
Rezervasiya təfərrüatları: hansı ev, giriş və çıxış tarixləri, qonaq sayı, məbləğ və ödənişin statusu.
Ödəniş: əməliyyatın məbləği, statusu və ödəniş təminatçısının əməliyyat nömrəsi. Kart nömrəsi və CVV bizə ötürülmür və bizdə saxlanılmır.
Şəxsiyyət sənədi: yalnız tələb olunan hallarda (məsələn ev sahibi və ya əməkdaş yoxlaması) yüklənir və yoxlama statusu ilə saxlanılır.
Yazışma: dəstəyə və ev sahibinə göndərilən mesajlar.
Texniki qeydlər: sistemə giriş və əsas əməliyyatların jurnalı (təhlükəsizlik üçün).
Nə üçün işlədirik
Rezervasiyanı yaratmaq, təsdiqləmək və idarə etmək.
Ev sahibi və təmizlik komandası ilə işi əlaqələndirmək.
Ödənişi aparmaq və sənədləşdirmək.
Dəstək göstərmək və mübahisəli halları (məsələn ziyan) aydınlaşdırmaq.
Qanuni tələbləri yerinə yetirmək.
Məlumatı reklam məqsədilə satmırıq və üçüncü tərəfə icarəyə vermirik.
Kiminlə bölüşürük
Ev sahibi ilə: rezervasiya üçün lazım olan ad, telefon və tarixlər.
Təmizlik və baxış komandası ilə: yalnız tapşırıq üçün lazım olan məlumat.
Ödəniş təminatçısı ilə: ödənişin aparılması üçün lazım olan məlumat.
Google ilə: yalnız «Google ilə daxil ol» seçilsə, giriş üçün.
Qanunla tələb olunan hallarda səlahiyyətli orqanlarla.
Sosial şəbəkə videoları
Brona öz TikTok və Instagram hesablarında elandakı evlərin videolarını yayımlayır. Bu videolar evin şəkillərindən yığılır və yalnız Brona-nın öz hesablarına yerləşdirilir.
TikTok-a yerləşdirmə üçün Brona öz TikTok hesabını platformaya qoşur. Bu zaman serverimizdə YALNIZ Brona-nın öz hesabının giriş açarları saxlanılır. Sayta girən istifadəçilərin TikTok məlumatları toplanmır və istifadəçidən TikTok hesabı istənmir.
Videolarda qonaqların şəkli yoxdur — yalnız evin özü göstərilir.
Kuki və brauzer yaddaşı
Saytda sessiya və giriş üçün zəruri kukilər işlədilir. Reklam və izləmə pikselləri qoyulmur.
Brauzerin yaddaşında dil seçimi kimi kiçik üstünlüklər saxlanıla bilər.
Harada saxlanılır
Məlumat Almaniyanın Nürnberq şəhərindəki serverdə (Hetzner Online GmbH) saxlanılır.
Baza hər gecə ehtiyat nüsxəyə alınır.
Nə qədər saxlayırıq
Rezervasiya və ödəniş qeydləri mühasibat və mübahisə ehtimalı üçün saxlanılır.
Hesab silindikdə şəxsi məlumat silinir; qanunla saxlanılması tələb olunan sənədlər istisnadır.
Hüquqlarınız
Öz məlumatınızı görmək, düzəltmək və silinməsini tələb etmək hüququnuz var.
Müraciət üçün: info@brona.az. Sorğuya ən geci 30 gün ərzində cavab veririk.
Dəyişikliklər
Bu siyasət dəyişdirilə bilər; son yenilənmə tarixi səhifənin yuxarısındadır.